Sosial şəbəkələrdə Sumqayıt-Bakı avtomobil yolunda təhlükəli vəziyyətlə bağlı videogörüntü paylaşılıb.
Oxu.Az xəbər verir ki, videoda Masazır dairəsinə çatmamış körpünün yaxınlığındakı köməkçi yolda yağış sularının axıdılması üçün nəzərdə tutulan 10-dan artıq kanalizasiya quyusunun qapağının olmaması aydın görünür.
Bu isə sürücülər üçün ciddi təhlükə yaradır. Sürücülər lükə düşməmək üçün ani manevrlər etdiklərini, bəziləri isə avtomobillərinin bu səbəbdən zədə gördüyünü bildirirlər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, problem artıq aradan qaldırılıb və yoldakı lüklər qapaqla təmin edilib.