Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə keçirilən seçkilərlə əlaqədar iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 11 məntəqənin nəticələrinin ləğvi barədə qərar qəbul edilib.
Oxu.Az-ın xəbərinə görə, bu qərar həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvinin şikayəti əsasında verilib.
MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairənin 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində qanun pozuntularının olduğu öz təsdiqini tapıb.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.
Aqşin Kərimov
Rəylər