“Ölkəmizdə koronavirus epidemiyasına qarşı bütün tibbi ləvazimatlar var”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Zəruri olan hər şey təmin edilib. Sadəcə olaraq ölkəmizdə vəziyyət qabaqlayıcı tədbirlərin nəticəsində başqa ölkələrdən qat-qat yaxşıdır.
Bizdə koronavirus pandemiya deyil, pandemiya dünyaya aiddir”.
Azərbaycanda COVID-19-a qarşı bütün tibbi ləvazimatlar var - AÇIQLAMA
İlhamə Əbülfət