Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DİN rəsmisi: “Maska və əlcəksiz çölə çıxmaq qayda pozuntusudur” - VİDEO
“Xüsusi karantin rejiminin qaydalarına görə, hər bir vətəndaş hətta çölə çıxmasına icazə olduqda belə, mütləq qaydada qoruyucu vasitələrdən istifadə etməlidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.
Onun sözlərinə görə, bu, karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdən istifadə olunmalıdır:
“Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Bu, karantin rejiminin qaydalarını pozduğuna görədir.
Çünki karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.
İlhamə Əbülfət
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər