“Taksilərdə sıxlıq yolverilməzdir. Bu barədə taksi sürücüləri ilə daimi maarifləndirmə tədbirləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.
Onun sözlərinə görə, taksiyə iki nəfərdən artıq sərnişin götürən sürücü cərimə olunacaq:
“Taksiyə dörd nəfərin götürülməsi yolverilməzdir. İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”.
İlhamə Əbülfət
Rəylər