Apr
2020
12:39
31
242
10095
Virtual karabakh

Karantin müddətində SMS-ə cavab gəlmədən evi tərk etmək olar? - VİDEO

3 Apr, 2020
12:39
10095

Karantin müddətində SMS-ə cavab gəlmədən evi tərk etmək olar? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndaşlar yaşadığı yeri yalnız SMS-ə cavab gəldikdən sonra tərk edə bilər”. 

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, qısa müddətdə bu sistemə kütləvi müraciət olması gözlənilir:

“Ola bilər ki, cavab 10-15 dəqiqə gecikə bilər. Biz planlaşdırırıq ki, SMS bir saat ərzində vətəndaşlara çatdırılsın. Onlar öz işlərini planlaşdırarkən bir saat müddətini nəzərə alsınlar”.

O qeyd edib ki, vətəndaş müraciətdən sonra icazə üçün SMS almayıbsa, yaşadığı yerdən çıxa bilməz:

“Əgər SMS gəlməsə, çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar. Eyni zamanda, vətəndaşın evindən çıxması üçün icazə verilmə məlumatı Daxili İşlər Nazirliyinin aidiyyəti sistemində də əks olunur.

Onlar evi tərk edən zaman polis icazə ilə bağlı məlumatı tələb etdikdə, öz SMS kodlarını və şəxsiyyət vəsiqəsini göstərməklə işlərini həll edib, evə qayıda bilərlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri