Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ
“Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.
Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət qüvvədə saxlanılır:
“Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslərin öz yaşadığı yeri tərk etmək məhdudiyyəti var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır”.
“Fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq”, - deyə C.Salmanov qeyd edib.
İlhamə Əbülfət
Rəylər