Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DTX əməliyyatının təfərrüatı: “Onların vəziyyətini Vilyam müəllimə dedim, dedi ki, olmaz...” - VİDEO
Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillər Vilyam Hacıyev tərəfindən pulla verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev DTX-nin apardığı istintaq zamanı bildirib.
O qeyd edib ki, V.Hacıyev dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş mənzillərin hər biri üçün pul vəsaiti alınması göstərişini verib:
“Birotaqlı mənzilə 10 min manat, ikiotaqlı mənzilə 20 min manat, üçotaqlı mənzilə isə 30 min manat alınması üçün tapşırıq verib. İnsanlarla görüşürdük, ev istəyirdilər. Onların vəziyyətini Vilyam müəllimə danışırdım. Deyirdi ki, yox, olmaz. Müəyyən vaxtdan sonra həmin vətəndaşlar müxtəlif məbləğdə pul vəsaitlərini mənə təqdim edirdilər. Mən də Vilyam Hacıyevə verirdim”.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Casusluqda ittiham olunanlar hakim qarşısına çıxarıldı
- Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?
- Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır
- 326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU
- Ramiz Tatarov azadlığa BURAXILDI
Rəylər