Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkədə koronavirusa ən çox bu şəxslər yoluxub - RƏSMİ AÇIQLAMA
“Koronavirus infeksiyasına yoluxanların 22 faizini 50-59 yaş arası, 18 faizini isə 30-39 yaş arası şəxslər təşkil edir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, qadınlar arasında yoluxma yenə də üstünlük təşkil edir:
“Vəfat edənlərin 43 faizi 60-69 yaş arası, 14 faizi 70-79 yaş arası, 14 faizi 80 yaşdan yuxarı olan xəstələrdir. Bundan əlavə, 50-59 yaş arasında yoluxanlardan 25 faiz xəstə ölüb, 40-49 yaşda olan xəstələrdən isə bir nəfər vəfat edib”.
İlhamə Əbülfət
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər