“Temperaturu yüksək olduğuna görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün yenidən imtahanların təşkili məsələsi TƏBİB-in səlahiyyətində olan məsələ deyil”.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, bu sual daha dolğun şəkildə Təhsil Nazirliyi tərəfindən cavablandırılmalıdır:
“Daha yaxşı olar ki, bu məsələ Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi tərəfindən müzakirə edilsin”.
Könül Cəfərli
Rəylər