Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA
“Bəhram Bağırzadənin ümumi vəziyyəti yaxşıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
Həkimin sözlərinə görə, Əməkdar artist B.Bağırzadənin ümumi vəziyyətində müsbət dinamika davam edir:
“Hələ də reanimasiya şəraitində müalicəsi, reabilitasiyası davam edir. Vəziyyəti yaxşıdır, tənəffüsü normaldır”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Könül Cəfərli
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib
- Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub
- Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı
- Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
- MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İlham Əliyevi təbrik edib
Rəylər