Koronavirusdan müalicə alan və yenicə ECMO cihazından ayrılan Əməkdar artist Bəhram Bağırzadə “Instagram”da maraqlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, uşaqlıq şəklini paylaşaraq, ona təsirli şərh yazıb:
“İnşallah! 4 sentyabrda doğum günümdür. İndi biri də əlavə olundu – 2 iyul. Allahu-əkbər! Dua edən hər kəsə təşəkkürlər! Davamı olacaq...”
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Xalq artisti Aleksandr Şarovski dəfn edildi - FOTO - VİDEO
- Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
- Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı göstərilən qayğıya görə Prezidentə və birinci xanıma təşəkkür etdi
- Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək?
- Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir"
Ən çox oxunanlarDigər xəbərlər