Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda sel gəldi: 19 əsrlik abidə üzə çıxdı - FOTO/VİDEO
Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb:
“Kənd sakini bu barədə bildirib. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində doqquz qəbir üzə çıxıb.
Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir”.
F.Hüseynli qeyd edib ki, ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub:
“Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi. Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək”.
F.Hüseynli vurğulayıb ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönüb
- Leyla Əliyevanın dəstəyi ilə dünyaca məşhur DJ tərəfindən "Bayatı şiraz" treki hazırlanıb
- "CulTech" inkubasiya proqramı yaradıcı gənclərin inkişafına töhfə verir
- Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
- "Gənclər və türk dünyası mədəniyyəti" adlı tədbir keçirilib
Rəylər