Avq
2020
10:35
296
67
10345
Virtual karabakh

Xüsusi karantində gizli nişan keçirdilər - FOTO

6 Avq, 2020
10:35
10345

Xüsusi karantində gizli nişan keçirdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər.

Məclisin təşkilatçısı və orada iştirak edən dörd nəfər Rayon Polis Şöbəsinə dəvət edilib.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri