27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və qurumun digər əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, baş nazirin müavini Şahin Mustafayev Zəfər parkını ziyarət ediblər.
Onlar Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinun xüsusi nümayəndəsi Emin Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və qurumun digər əməkdaşları da Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Oxu.Az xəbər verir ki, rəsmi şəxslər, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Zəfər parkını ziyarət ediblər.