Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Siyavuş Novruzov Naxçıvana ayrılan pulun artırılmasını istəyir
“Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin məbləği artırılmalıdır”.
Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə təkliflə çıxış edib.
Deputat bildirib ki, Naxçıvan Azərbaycanın strateji bölgəsidir. Onun sözlərinə görə, Naxçıvan əhalisi karantin rejiminə görə məhsulunu xarici bazara – Türkiyə və İrana sata bilmir.
“Onu da nəzərə almaq lazımdır ki, Naxçıvanda əlahiddə ordu var. Buna görə də təklif edirəm ki, Naxçıvana ayrılan dotasiyanın həcmi çoxaldılsın”.
Aqşin Kərimov
"İran" teqi üzrə xəbərlər
- İranda saxlanılan italiyalı jurnalistin azad edilməsinə İlon Mask köməklik göstərib?
- İranda yanacaqdaşıyan avtomobillər partlayıb
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- İranda təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var
- İran parlamentinin nümayəndə heyəti saxta "erməni soyqırımı" abidəsini ziyarət edib
Ən çox oxunanlar
Rəylər