Avq
2020
11:44
15
82
987
Virtual karabakh

İşsizlikdən sığorta fondunun büdcəsi artırıldı - Parlament qərar qəbul etdi

7 Avq, 2020
11:44
987

İşsizlikdən sığorta fondunun büdcəsi artırıldı - Parlament qərar qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənmişdi.

Fondun xərcləri də eyni miqdarda müəyyən olunub.

Layihədə isə yazılıb ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif olunur.

Layihə üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri