Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Üç nəfər qəbul imtahanına buraxılmadı
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.
Mərkəzdən verilən məlumata görə imtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.
Üç nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.
Rəylər