Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı layihəyə başlayıb.
Layihə çərçivəsində Nazirliyin mütəxəssisləri canlı yayım vasitəsilə “Facebook” istifadəçilərinin suallarını cavablandırılır.
“Ekspert saatı” verilişinin canlı yayımda bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir.
O, canlı yayımda ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərlə bağlı izləyicilərin suallarını cavablandırır və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verir.
Könül Cəfərli
Rəylər