"Starship" kosmik gəmisinin 14-cü sınaq uçuşu vaxtından əvvəl başa çatıb. Bundan sonra aparatın Sakit okeanın şimal hissəsində nəzərdə tutulan əraziyə enişi zamanı partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.
Qeyd olunub ki, "Starship" soyuq suya eniş üçün nəzərdə tutulmayıb. Buna görə də baş verən partlayış problem və ya missiyanın uğursuzluğunun göstəricisi hesab edilmir.
Dərc olunan görüntülərdə aparatın atmosferə daxil olması və bundan sonra gövdəsinin ətrafında alovlanmanın yaranması əks olunub. Daha sonra "Starship" okeanın səthinə enib və partlayış baş verib. Videoda gəminin kiçik qalıqlarının hər tərəfə səpələndiyi görünür.
Aya və gələcəkdə Marsa pilotlu uçuşlar üçün hazırlanan "Starship" kosmik gəmisi Sakit okeanın şimal hissəsində nəzərdə tutulmuş əraziyə eniş edərək ilk sınaq orbital uçuşunu başa vurub.
Oxu.Az bildirir ki, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Uçuşun 10 saat və Yer ətrafında altı dövrə davam etməsi nəzərdə tutulsa da, missiya cəmi üç saat davam edib. Gəminin altı mühərrikindən birinin sıradan çıxması səbəbindən uçuşun vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.
Qısaldılmış uçuş zamanı "Starship" orbitə 26 "Starlink" internet peykini çıxarıb.
"Starship" kosmik gəmisinin "Super Heavy" raketdaşıyıcısı vasitəsilə buraxılışı "SpaceX" şirkətinin Texas ştatının cənub-şərqində yerləşən Boka-Çika ərazisindəki "Starbase" start meydançasından yerli vaxtla saat 07:15-də (Bakı vaxtı ilə 15:15-də) həyata keçirilib.
Raketdaşıyıcının 33 mühərrikindən ikisi də sıradan çıxıb. Lakin bu, gəminin buraxılışına mane olmayıb. "Super Heavy" startdan təxminən doqquz dəqiqə sonra Meksika körfəzinə uğurla eniş edib.
"SpaceX" aerokosmik şirkəti "Starship" kosmik gəmisinin 14-cü sınaq buraxılışını həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Məlumata əsasən, bu uçuş "Starship"in Yer kürəsinin orbitinə çıxdığı ilk sınaq olub. Gəminin bundan əvvəlki bütün sınaqları suborbital trayektoriyalar üzrə həyata keçirilmişdi.
"Starship" təxminən 275 km hündürlüyə qalxıb və Yer ətrafında təxminən altı dövrə vuracaq. Bütün uçuş təxminən 10 saat davam edəcək, bundan sonra gəmi Sakit okeanda, Çilinin qərb sahillərində suya enməlidir.
"Super Heavy" raketdaşıyıcısı buraxılışın bütün mərhələlərini uğurla keçib, gəmidən ayrılaraq Meksika körfəzinə enib. "SpaceX" xəbər verib ki, əvvəlki sınaqdan sonra raketdaşıyıcının avadanlıq və proqram təminatında dəyişikliklər edilib.