UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Oxu.Az xəbər verir ki, oyun günündə səkkiz matç baş tutub.
Maraqla gözlənilən oyunlardan biri A Liqasının I qrupunda Belçika və Fransa milliləri arasında keçirilib. Matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Maykl Olise vurub.
Bu nəticə ilə Fransa qrupda keçirdiyi iki oyunda maksimum xal toplayıb - 6. Belçikanın hesabında isə 3 xal var.
Digər görüşlərdə aşığadakı nəticələr qeydə alınıb:
A Liqası, I qrup
B Liqası, II qrup
Gürcüstan - Ukrayna - 0:0;
Şimali İrlandiya - Macarıstan - 0:0.
B Liqası, IV qrup
Rumıniya - Bosniya və Herseqovina - 2:4;
İsveç - Polşa - 3:1.
C Liqası, II qrup
Ermənistan - Monteneqro - 2:3;
Latviya - Kipr - 0:0.