Əyani dərs müddəti bütün siniflər üçün bir akademik saat, yəni 45 dəqiqə müəyyənləşdirilib.
Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu dərslərin müddəti ilə bağlı suala cavab verərkən deyib.
O bildirib ki, ötən il distant təhsil təmin edilsə də, şagirdlərin biliklərində müəyyən boşluqlar yaranıb:
“Bunu nəzərə alaraq distant təhsil üçün daha müvafiq saatlar ayrılıb. Tövsiyə edirik ki, virtual dərslərin miqdarı 30 dəqiqədən çox olmamalıdır. Dərs yarımqruplar şəklində keçiriləndə saatların azaldılmasını istəmirik. Əyani dərslərin müddəti bir akademik saat (45 dəqiqə) olmaqla saxlanılıb. Bu, bütün siniflərdə belə olaraq qalacaq. Çünki tədris intensiv şəkildə keçiriləcək”.
Könül Cəfərli
Rəylər