Yalnız xəstəlik simptomları olan müəllimlər koronavirus testindən keçiriləcək.
Bu barədə nazirin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında məlumat verib.
O bildirib ki, testlər hər kəsə şamil olunmayacaq:
“İlkin simptomlar dedikdə, hərarət, iybilmə, dadbilmənin itməsi və s. simptomlar olarsa həmin müəllimlərin COVID-19 testi verməsinə zərurət yarana bilər”.
Könül Cəfərli
Rəylər