14 
Sen
2020
17:56
58
44
2601
Virtual karabakh

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı

14 Sen, 2020
17:56
2601

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər. 

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olan uşaqlar cəlb olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri