Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məleykə Abbaszadədən imtahanların nəticələri ilə bağlı VACİB AÇIQLAMA
“Statistik göstəricilərdə builki imtahanlarla ötənilki imtahanların nəticələrini müqayisə edəndə, təxminən eyni mənzərə yaranır”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, keçənilki buraxılış imtahanı ilə builki imtahanı müqayisə edəndə, görürük ki, builki nəticələr daha yüksəkdir:
“Bu da, yəqin, onunla izah olunur ki, bu il buraxılış imtahanlarında açıq sualların sayı 50 faiz azaldılıb. Bəlkə də, ona görə nəticələr daha yüksək idi. Şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı və vaxt baxımından imkanları daha çox idi”.
“Statistik göstəricilərə nəzər saldıqda, builki imtahanlarla ötənilki imtahanların nəticələrini müqayisə edəndə, təxminən eyni mənzərə müşahidə olunur. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkili isə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu”.
İlhamə Əbülfət
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- "Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
- Məleykə Abbaszadənin adından istifadə edən sürücü həbs olundu
- 600-dən çox bal toplayıb kənarda qalanların aqibəti necə olacaq? - Xəbərlərin 20:00 buraxılışı
- Məleykə Abbaszadə: "Qarabağ Universitetinə qəbul olunanların 16%-i Bakı sakinləridir"
Rəylər