Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan hansı ölkədən vaksin alacaq? - RƏSMİ AÇIQLAMA + VİDEO
“COVID-19 vaksinlərinin alınması üçün transmilli platformalara qoşulma və ikitərəfli müzakirələr aparılır”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, ölkəmiz vaksin alınması üçün Türkiyə ilə danışıqlar aparır:
“Türkiyədən 50 milyon doza vaksin alınması üçün müqavilə imzalanıb. Vaksinin təcili istifadə halları Azərbaycan Respublikasının Dərman Vasitələrinin İstifadəsi haqqında qanuna əsasən aparılır”.
“Vaksinlərin saxlanılma şəraitini nəzərə alaraq, “soyuq zəncir” sistemini təkmilləşdirmək lazımdır”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm