“İlkin mərhələdə Azərbaycan əhalisinin 10 faizinin vaksinasiyası nəzərdə tutulur”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə daha çox insan vaksinasiya ediləcək:
“Nə qədər çox insan vaksinasiya olunarsa, immunitetimiz bir o qədər də möhkəm olar”.
İlhamə Əbülfət
Rəylər