Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaqut Qarayeva: “Reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur”
4-10 yanvar tarixlərində 4386 yoluxma qeydə alınıb.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, dekabrla müqayisədə bu gün sağalanların sayı 3-4 dəfə çoxdur:
“Bu baxımdan reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur. Bu da karantin tədbirlərinin nəticəsindədir.
14 dekabrda aparılan testlərdə pozitiv nəticələrin sayı 31 faiz olduğu halda, bu gün 5 faizə düşüb. Bu, sevindirici haldır”, - deyə Y.Qarayeva qeyd edib.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb
- Məktəb yoldaşına xəsarət yetirən şagird təhsil müəssisəsindən uzaqlaşdırılıb
- Bakıda özünü qatarın altına atan şəhid qardaşı tələbə imiş
- Vüqar Qurbanov yeni baş həkim təyin etdi
Ən çox oxunanlar
Rəylər