Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:
“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.
O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:
“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, - deyə o qeyd edib.
Könül Cəfərli
Rəylər