Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda daha iki zəlzələ hiss olunub
Martın 23-də yerli vaxtla saat 08:31-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3,2 bal gücündə qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Zəlzələlərin tədqiqatı bürosunun yaydığı digər bir məlumata görə, yerli vaxtla saat 09:46-da İran ərazisində də zəlzələ qeydə alınıb.
Maqnitudası 4,5 olan təkanlar 7 km dərinlikdə qeydə alınıb. İranda qeydə alınan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.
"İran" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- İranda rusiyalı sürücü öldürülüb
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi