İyl
2021
20:16
27
147
3394
Virtual karabakh

Yeni telekanalın açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu başa çatdı

7 İyl, 2021
20:16
3394

Yeni telekanalın açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

Bu barədə MTRŞ məlumat yayıb.

Bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:

“APA Mark” MMC;
“Təhsil TV” MMC;
“Balans Studiyası” MMC;
“İNS ÇM” MMC;
“İsti Press” MMC
“Medical Media” MMC

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri