Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrakli Kobaxidze: "Azərbaycan bizim üçün təkcə dəyərli dost yox, etibarlı tərəfdaş, qardaş ölkədir"
"Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
"Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk", - deyə baş nazir vurğulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Somali prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
- Azərbaycan yeni dünya bölgüsündən nə qazanacaq?
- Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub
- Azərbaycan və Somali prezidentlərinin təkbətək görüşü olub