Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qazaxıstandan heyrətamiz görüntülər: Nəsli kəsilməkdə olan heyvan sürüsü avtomobillə "yarışa çıxdı"
Qazaxıstanın mərkəzində sakinlər yolda heyrətamiz mənzərə ilə qarşılaşıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sputnik Qazaxıstan" "Telegram" kanalı paylaşım edib.
Kanalın dərc etdiyi videogörüntülərdə sayqak sürüsü (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı heyvan. Məhv olma həddindədirlər - red.) yol ilə gedən avtomobillə sanki yarışa çıxıb və onu ötməyə çalışır.
Bildirilir ki, görüntüləri lentə alan avtomobilin sürücüsü və sərnişinləri Ulıtau vilayətinin Karsakpay və Jezdı kəndləri arasında hərəkətdə olarkən çöllərə köç edən sayqaklara rast gəliblər.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Qazaxıstanlı 16 yaşlı gənc İngiltərə nəhəngində
- Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb
- Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti - Olmayan imicin itirilmə qorxusu
- "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib
Rəylər