Noy
2021
16:50
665
92
32844
Virtual karabakh

Sabiq vəzifəli xanım və bacısı həbs edildi: 389 min manatlıq DƏLƏDUZLUQ - YENİLƏNİB + VİDEO

5 Noy, 2021
16:50
32844

Sabiq vəzifəli xanım və bacısı həbs edildi: 389 min manatlıq DƏLƏDUZLUQ - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, A.Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edilib.

Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq hərəkətləri davam etdirilir.

15:50

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın bacısı İlknur Əliyeva da həbs olunub. 

Bununla bağlı Unikal.org məlumat yayıb.

Belə ki, onlar birgə qızıl alveri ilə məşğul olublar və bir neçə nəfərə qarşı dələduzluq ediblər. 

14:36

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub. 

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri