Fövqəladə Hallar Nazirliyi Qış parkı ərazisində havalandırma şaxtasına düşən şəxslə bağlı məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğlu ehtiyatsızlıqdan “Qış parkı”nın zirzəmisinin havalandırma sisteminin dərinliyi təqribən 10 metr olan şaxtasına yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.
10:11
Qış parkında kişi havalandırma şaxtasına düşüb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində kişi xəsarət alıb.
Hadisə yerinə təcili yardım və Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.
Könül Cəfərli