Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Rahat” supermarketlər şəbəkəsinin Bakıda daha bir filialı - “Rahat Gourmetmarket” fəaliyyətə başladı - FOTO
Bu gün “Rahat” supermarketlər şəbəkəsinin Bakıda daha bir filialı - “Rahat Gourmetmarket” fəaliyyətə başlayıb.
Yeni “Rahat Gourmetmarket” Nəsimi rayonu, Həsən Əliyev küçəsi 1061 (Tibilisi prospekti ilə kəsişmə) ünvanında yerləşir.
Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “Rahat Gourmetmarket” üçün gətirilən bir çox məhsullarla birgə, 10 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni “gourmetmarket” səbirsizliklə onu sevən müştərilərini gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar, təndirdən isti-isti çörəklər sizin seçim ixtiyarınızdadır! Milli və xarici mətbəxin istənilən zövqə və ağız dadına uyğun nümunələrini marketdə yerləşən restoranda dada bilərsiniz.
Açılışda “Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasının direktoru Samir Abdullayev də iştirak edib. Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb.
Xüsusi tərtibatda hazırlanan yeni “Gourmetmarket” ən son texnoloji avadanlıqlarla təchiz olunub.
Əziz müştərilər, “Rahat” supermarketlər şəbəkəsi hər birinizi yeni filialına dəvət edir.
Rəylər