Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kürdəmirdə kanala düşən sürücünün meyiti tapılıb – YENİLƏNİB + FOTO
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
18:22
Kürdəmirdə kanala düşən avtomobil tapılaraq sudan çıxarılıb.
“Report” xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü, Rusiya vətəndaşı 27 yaşlı Nimanikin Vadim Andreyeviç idarəetməni itirib və nəqliyyat vaistəsi Aşağı Şirvan kanalına düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
17:44
Kürdəmirdə avtomobil su kanalına düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində bir nəfərin olduğu ehtimal edilən “Toyota” markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Rəylər