Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Bildirilib ki, məsələ ciddi araşdırılacaq:
"Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək".
Aləmdə Nəsib
"Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?"
Bunu Oxu.Az-a sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva deyib.
O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:
"Sadəcə o anda sevincli idik. Bunun mənfi reaksiya ilə qarşılanacağını düşünmədik".
Həkimin sözlərinə görə, baş həkim və direktor onlara xəbərdarlıq edib.
Aləmdə Nəsib
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Ətraflı videoda:
Murad Həsənov
"Həkim səhvi" teqi üzrə xəbərlər
- "Xərçəng xəstəsisən" deyib 11 min manatını mənimsədilər
- Uğursuz estetik əməliyyat etdiyi iddia olunan cərrah DANIŞDI: "Soyundurun görün, nə fəsad var?"
- Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
- ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
- Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi
Rəylər