Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Piyadanı vuraraq öldürən gənc sürücüyə hökm oxundu
Kürdəmir Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükran Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Xaliq İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şükran Əhmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 1 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib.
Hadisə keçən ilin iyul ayında Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən keçən 31-ci kilometrliyində qeydə alınıb.
Belə ki, sürücü Şəmkir rayon sakini, 2001-ci il təvəllüdlü Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi "Chevrolet Aveo" avtomobili ilə həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon, Şıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub.
Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.