Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gündəlik su, yoxsa çay qəbulu tövsiyə edilir? - AÇIQLAMA
“Gün ərzində 2 litrə yaxın su qəbulu sağlamlıq deməkdir. İnsanlar su içməyə üstünlük vermədiyi üçün bu, onlara çox görünür”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, suyun həddən artıq qəbulu da tövsiyə edilmir:
“Bəzən suyu çayla əvəz edirik. Lakin bu da düz deyil. Çünki çayın yanında hər hansı şirniyyat olur ki, bu da yanlışdır. Gün ərzində 4-5 dəfə çay içilirsə, bu da eyni qədər şirniyyat qəbulu deməkdir. Təbii ki, bu da yaxşı hal deyildir. Yaxşı olar ki, gündəlik su qəbuluna diqqət edilsin”.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"
Ən çox oxunanlar
Rəylər