Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sağlamlıq üçün təhlükə MƏNBƏYİ: Aşağı qiymətə olan Yeni il oyuncaqları
Bir neçə gün sonra qeyd edəcəyimiz bayramın əsas atributlarından biri də Yeni il oyuncaqlarıdır. Hazırda tələbatın artdığı bir zamanda bazarlarda, yarmarkalarda müxtəlif ölçüdə, formada istənilən oyuncağı əldə etmək mümkündür. Aralarında aşağı qiymətə olanlar da az deyil.
Lakin mütəxəssislər bildirirlər ki, belə malları alarkən onların keyfiyyəti və sağlamlığımıza təsiri gözardı edilməməlidir.
"Bu oyuncaqlar polimer birləşməsi olaraq zərərli əks-təsirə malikdir. Azyaşlı həmin uçucu maddələrlə təmasda olduğu zaman onların tənəffüs yollarını qıcıqlandıran komponentlər hava vasitəsilə orqanizmə daxil olur. Bu da tənəffüs sistemində allergik reaksiyaların əmələ gəlməsinə zəmin yaradır. Əgər hər hansı oyuncaq bazardan alınırsa, onun kəskin qoxusu varsa, əllə təmas zamanı boyası çıxırsa, onları uşaqlara verməmək tövsiyə olunur", - deyə həkim Abbas Bağırov Baku TV-yə açıqlamasında deyib.
Daha ətraflı videomaterialda:

"Yeni il bayramı" teqi üzrə xəbərlər
- Göygöl Şərab Zavodu Xankəndidə keçirilən "Qış Nağılı" yarmarkasında iştirak edib
- Yeni ildən nə gözləyirsiniz? - Bakıda sakinlərlə maraqlı sorğu
- DİN bayram günləri ilə əlaqədar sürücülərə və sərnişinlərə müraciət edib
- AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır
- Bayramla əlaqədar Xankəndiyə turist səfərləri artıb