Bir neçə gün əvvəl Qəbələ rayonunun Nohurqışlaq kəndində 23 yaşlı Aysun Abdurrahmanlı intiharı ilə bağlı hadisənin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, o, səhər saat 05:00 radələrində yaşadığı evin zirzəmisində özünü asıb.
Belə ki, qızın toyu günü ailəsi Aysunun evdə olmadığını görüb, onu axtarmağa başlayıblar.
Nəticədə onun özünə qəsd etdiyi məlum olub.
Son zamanlar Aysunla nişanlısı arasında münasibətlərdə soyuqluq yaranıbmış. Nişanlısı qıza onu sevmədiyini də bildirib. Bunun üçün qızın canına qıydığı bildirilir.
Qeyd edək ki, mərhum bir müddət əvvəl nişanlısı ilə rəsmi nikaha daxil olub.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
İlhamə Əbülfət
Rəylər