27 
Okt
2022
17:54
26
202
5546
Virtual karabakh

Bakının mərkəzindəki yanğınla bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

27 Okt, 2022
17:54
5546

Bakının mərkəzindəki yanğınla bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində – “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb. Hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan ikiotaqlı evin dam örtüyü 6kv.m və təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.

Daha çox şəkil burada: Photostock.az

16:01

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Oxu.Az xəbər verir ki, hadisə “Qış parkı” yaxınlığındakı birmərtəbəli tikilidə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri