16 
Fev
2023
13:42
23
413
7311
Virtual karabakh

Türkiyədəki zəlzələdə ölən tələbəmiz Sumqayıtda dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

16 Fev, 2023
13:42
7311

Türkiyədəki zəlzələdə ölən tələbəmiz Sumqayıtda dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra mərhum Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.

10:28

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər. 

Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

Baku TV-nin vida mərasimindən canlı yayımını təqdim edirik:

 
PhotoStock.az-ın dəfndən fotolarını təqdim edirik:
 
 
Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri