13 
Mar
2023
12:03
65
11
987
Virtual karabakh

İsmayıllı gəncləri üçün “Kəndimizin İntellektual Gəncləri” layihəsi keçirilib - FOTO

13 Mar, 2023
12:03
987

İsmayıllı gəncləri üçün “Kəndimizin İntellektual Gəncləri” layihəsi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunun 4 kəndini əhatə edən “Kəndimizin İntellektual Gəncləri” layihəsi uğurla yekunlaşıb. 

Kənd gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaq olub.

Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərinin gəncləri arasında təşkil edilən oyunda ümumilikdə 30-dan artıq komanda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzulardan olan suallar iştirakçıların marağına səbəb olub. Ən çox xal toplayan komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi tərəfindən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri