24 
May
2023
16:16
124
19
1796
Virtual karabakh

Azərbaycanda 845 qramlıq körpə doğuldu - VİDEO

24 May, 2023
16:16
1796

Azərbaycanda 845 qramlıq körpə doğuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib.

Bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Nargilə Əzizova 38 yaşında RPM-ə hamiləliyin 28-ci həftəsində “kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozları ilə daxil olub:

“Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gəldi.

Uşaq yenidoğulmuşların reanimasiya şöbəsində, sonra isə patologiya şöbəsində müalicə alıb.

18.05.2023-cü il tarixdə kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri