Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi qısa fasilədən sonra davam etdirilib.
Oxu.Az xəbər verir ki, təqsirləndirilənin vəkili Mircəlal Muradlı müdafiə çıxışı edərək müvəkkilinə bəraət verilməsini məhkəmədən xahiş edib.
Daha sonra Rövşən Süleymanzadəyə son söz verilsə də, o, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.
Oktyabrın 13-də keçiriləcək növbəti prosesdə Rövşən Süleymanzadə ilə bağlı hökm elan edilməsi gözlənilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Proses bir neçə saatlıq təxirə salınıb.
Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli