“Azərbaycanda son dövrlərdə zoonoz xəstəliklər 2,3 faizə qədər azalıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2018-ci ilə nisbətən sahibkarların istehsal etdiyi məhsullarda qeyri-kafi nəticələrin əldə olunması 2022-ci ildə 0,5 faizə qədər azalıb.
“2018-ci ildə qeyri-kafi nəticələr 11 faiz idi. Bu o deməkdir ki, Azərbaycanda qida sektorunda sahibkarlar beynəlxalq standartlara uyğun məhsul istehsal edirlər”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər