25 
İyn
2023
17:40
13
133
3247
Virtual karabakh

Azərbaycanda Əməkdar mədəniyyət işçisi vəfat edib - FOTO

25 İyn, 2023
17:40
3247

Azərbaycanda Əməkdar mədəniyyət işçisi vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalçaçılıq və tikiş üzrə silsilə kitablar müəllifi, xalçaçı sahibkar Fatimə Ağamirzəyeva vəfat edib.

Bu barədə APA-ya onun oğlu məlumat verib.

Fatimə Ağamirzəyeva 1953-cü ildə anadan olub. O, 1967-ci ildə Kənd Təsərrüfatı Texnikumuna daxil olub və 1971-ci ildə bitirib.

Fatimə Ağamirzəyeva 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə qədər kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklor sarayında 3 il davam edib.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri