Lənkəranda Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq ölüb.
APA-nın məlumatına görə, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.
Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.
Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.
Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.
Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
21:42
Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb.
“Report”un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində, dəniz sahilində qeydə alınıb.
Belə ki, FHN-ə daxil olan məlumat əsasında Cənub Regional Mərkəzinin Sularda Xilasetmə dəstəsi əraziyə cəlb olunub. Yerli sakinlərin də iştirakı ilə batan gəncin xilasetmə axtarışı aparılıb.
Nəticədə rayonun Cil kənd sakini 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.